Rusiyada azərbaycanlıların da olduğu GƏMİ YOXA çıxıb
Rusiyada göyərtəsində 21 nəfərin olduğu balıqçı gəmisi Yapon dənizində yoxa çıxıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “Vostok” gəmisinin axtarışlarına iki vertolyot və iki gəmi göndərilib. Gəmi ilə əlaqə saxlamaq üçün göstərilən bütün cəhdlər boşa çıxıb. Axtarış aparılan ərazidən iki xilasedici jilet tapılıb. Qeyd edək ki, ekipaj üzvləri arasında Azərbaycan vətəndaşları da var.