Argentinada rekord göstərici

Argentinada rekord göstərici

Argentinada son sutka ərzində koronavirusdan rekord sayda – 429 pasiyent dünyasını dəyişib. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Argentinanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 13 482-yə çatıb.

Son sutka ərzində 8 782 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 640 147-yə yüksəlib.

İndiyədək 508 563 xəstə sağalıb.






Fikirlər