Türkiyə “S-400”ün istismara hazır olduğunu açıqladı
Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket kompleksləri istismara hazırdır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir açıqlama verib. ““S-400” istifadəyə hazırdır, silahlı qüvvələr belə bir ehtiyac yarandıqda qərar verəcəklər”,- deyə Dəmir qeyd edib. Bundan əlavə, müdafiə sənayesinin rəhbəri Vaşinqtonun kənarlaşdırma qərarına baxmayaraq, türk müəssisələrinin Amerikanın “F-35” qırıcılarının beşinci nəslinin yaradılması layihəsi çərçivəsində işlərini davam etdirdiyini bildirib. Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskvanın Ankaraya “S-400” komplekslərinin tədarükü üçün müqavilə imzalamışdılar. Bununla Türkiyə Rusiya Federasiyasından “S-400” sistemlərini alan ilk NATO ölkəsi olub.