Şoyqu: “Bir il Qarabağda...“ ...
“Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları çətin tapşırıqları yerinə yetirərək yerlərdə vəziyyəti stabilləşdirib”. Yenisabah.az TASS-a istinadla bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib: “Orada vəziyyəti sakitləşdirməyə nail olduq, indi planlı işlərin aparılması üçün addımlar atılır. İşlərin planlı olduğunu deyə bilərik, çünki bu bölgəyə həyat tədricən qayıdır. Getdikcə daha çox sülh və əmin-amanlıq hökm sürür”. Nazir Dağlıq Qarabağda, Suriyada və başqa bölgələrdə xidmətlərinə görə Rusiya ordusunun bütün komandirlərinə, hərbçilərinə və sıravi əsgərlərə təşəkkür edib: “Bir il əvvəl Dağlıq Qarabağda vəziyyətin son dərəcə çətin və son dərəcə kəskin olduğu bir vaxtda baş verənlər Ali Komandanlığın səyləri nəticəsində aradan qaldırılıb”, - deyə Rusiya müdafiə naziri yekunlaşdırıb.