Rusiya müharibə itkilərinin və yaralılarının sayını FOTOLAR

Rusiya Ukraynadakı müharibədəki itkilərinin və yaralılarının sayını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, müharibə zamanı 498 rus hərbçinin həlak olduğu, 1 597 nəfərin yaralandığı bildirilir.

Nazirliyin məlumatına görə, ukraynalılar arasında ölənlərin sayı 2 870 nəfərdən çoxdur, yaralıların sayı isə 3 700 nəfərə yaxındır.

"Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir", - xəbərdə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Popovo, Novqorovka, Novomixaylovka, Lyubimovka yaşayış məntəqələrini ələ keçirib.






Fikirlər