ÇERNİQOVDA RAKETLƏ YAŞAYIŞ BİNASI PARTLADILDI - Fotolar + ANBAAN VİDEO
Rusiya qoşunları Çerniqovun mərkəzində yaşayış binalarına hücumu davam edir. Bununla bağlı Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat verib. Onun sözlərinə görə, martın 3-də səhər saatlarında Rusiya qoşunları şəhərin mərkəzindəki yaşayış bölgəsinə raket zərbəsi endirib. Xilasedicilər hadisə yerindədir. Həlak olanlar və yaralananlar barədə məlumat dəqiqləşdirilir. Çaus yaxınlıqda heç bir hərbi obyektin olmadığını vurğulayıb:“Yaxınlıqda ancaq xəstəxana, bir neçə məktəb, uşaq bağçası və çoxmərtəbəli yaşayış binaları var”. Mərminin yaşayış binasına düşmə anı qeydə alınıb. Qeyd edilir ki, hazırda Rusiya ordusu Çernikovda yaşayış binalarını atəşə tuturlar. Əhaliyə zirzəmilərdən çıxmamaqla bağlı xəbərdarlıq edilib. Mənbə: UNİAN