“Rusiyanı heç kim qorxuda bilməz” - Putin
“Rusiyanın əsas məqsədi istər Suriyada, istər digər bir yerdə terroçuluqla mübarizədir. Və Rusiyanı heç kim nə hədələyə, nə də qorxuda bilər”.TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Dərbənd şəhərinin 2000 illiyinə həsr edilən sərgidə Dağıstanın elmi, mədəni, dini və ictimai təşkilatlarının nümayəndələri ilə görüşdə deyib. “Ümumilikdə Rusiya xalqını, əsasən də Dağıstan kimi bölgələrimizi heç kim heç vaxt qorxuda bilməyib, belə bir fəaliyyət mənasızdır. Bizim məqsədimiz istər Suriyada, istərsə də digər bir yerdə ilk növbədə terroçuluqla mübarizədir” - Putin qeyd edib (oxu.az).