“Neft Rusiyanı sanksiyalardan çox vurdu” – Putin – Putin

 

97381Neftin qiymətinin yüksəlməsi üçün Çin iqtisadiyyatının gəlirləri artmalıdır.
Sentyabrın 28-nə olan məlumatlara əsasən, neftin qiymətində dəyişiklik var.
Anspress-in məlumatına görə, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 48,11 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 45,23 dollara çatıb.
Dünya bazarında Azərbaycan neftinin qiymətində isə nisbətən bahalaşma qeydə alınıb və 50 dollara qədər artıb.
London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 49,75 dollar təşkil edib.
Sentyabrın sonuncu həftəsinə nəzər saldıqda, dünya birjasında neftn qiymətinin 44-49 dollar arasında dəyişdiyi müşahidə edilib.

Dünya birjasında “Light” və “Brent” markalı neftin qiyməti

Qiymətdə dəyişikliyin az olmasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin qonşu ölkənin iqtisadiyyatına neftin ucuzlaşmasının sanksiyalardan daha çox mənfi təsir etdiyini etiraf edib. Bununla belə, o, Amerika telekanallarına müsahibəsində bu təsirlərin fundamental olmadığını və ölkəsinin dirçələcəyini bildirib.

Vladimir Putin – Rusiya Federasiyasının prezidenti
Foto: AP

Enerji məslələri üzrə beynəlxalq ekspertlər isə neftin qiymətinin aşağı olmasının səbəbiniÇin iqtisadiyyatının zəif inkişafını göstərirlər. Qeyd olunur ki, gəlirlərin azalmasında ən yüksək göstərici kömür, metal və neft məhsulları istehsal edən müəssisələrdə müşahidə edilir.

 






Fikirlər