Moskva qar içində: 73 reys gecikdi ...

Moskva qar içində: 73 reys gecikdi

Moskvaya gələn və paytaxtdan uçan 73 reys gecikib, bir çox da təxirə salınıb.

“Yeni Sabah” TASS agentliyinə istinadla məlumat verir ki, “Şeremetyevo” hava limanında 34 reys gecikib. “Domodedovo”da 17 reys gecikib, daha 3 reys təxirə salınıb, “Vnukovo”da 13, “Jukovski”də isə 6 reys gecikib.

Hava limanlarında 2 saata qədər gecikmələr adi haldır.

Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın bildirdiyinə görə, bazar günü Moskvada 145 illik müşahidələr zamanı yağıntının maksimal miqdarı dekabrın 3-nə düşüb.






Fikirlər