Putinin yeni əmri - Hədəf belə vurulacaq...

Rusiya Ukrayna üzərində güclü peyk sistemi yaradır ki, bu da ona Silahlı Qüvvələrin bütün Qərb raket sistemlərini tutmağa imkan verəcək.

Bunu SBU-nun istefada olan polkovniki Oleq Starikov deyib.

"Qərbin raket sistemləri ilə mübarizə üçün peyklərin buraxılması vəzifəsini Rusiya Prezidenti Vladimir Putin şəxsən özü əmr edib. Qorxuram ki, Rusiya raket buraxılışlarını qeydə alan cihazların köməyi ilə HIMARS, ATACMS və Taurus raketlərini yüksək effektivliklə tuta biləcək. Peyklər Ukrayna ərazisində fırlanır, kəşfiyyat məlumatlarını alırlar. Rusiya sistematik olaraq Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində zəif tərəflər axtarırlar ki, onu yarıb keçsinlər. Tezliklə Ukrayna cəbhəsi dağılacaq", - Starikov bildirib./Teleqraf.com 






Fikirlər