Putinin PUA-ları bu dəfə Lukaşenkoya tərəf uçmağa başladı... -SƏBƏB?

Putinin PUA-ları bu dəfə Lukaşenkoya tərəf uçmağa başladı...-SƏBƏB?

2024-cü il iyulun 16-na keçən gecə gecə saatlarında Ukrayna vilayətlərinə hücum edən pilotsuz təyyarələrin sonuncusu yenidən qonşu Belarus ərazisinə uçub.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb.
 
"1 PUA Ukrayna hava məkanını Belarusun Qomel vilayəti istiqamətində tərk edib", - məlumatda belə deyilir.
 
Xatırladaq ki, bu son 4 gündə artıq 3-cü oxşar hadisədir. Bundan əvvəl - iyulun 12 və 13-də Belarusda naməlum PUA-nın görünməsi səbəbindən hətta təyyarə və helikopterlər havaya qaldırılmış, lakin drponu tapa bilməmişdilər...






Fikirlər