Türkiyədə cəsədi tapılan qızcığazla bağlı DƏHŞƏTLİ DETALLAR
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda cəsədi tapılan 8 yaşlı Narin Güran adlı qızcığazla bağlı tükürpədici detallar üzə çıxıb. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 24 nəfər saxlanılıb. Saxlanılanlar arasında azyaşlının anası, atası, 2 böyük qardaşı və 3 əmisi də var. Cəsədi tapılan Narin Güranla bağlı məhkəmə tibbi ekspertizanın ilkin rəyi açıqlanıb. Rəyə əsasən, Narinin boynunda boğulma izi olub, 15 gün suda qalıb və ayağı sındırılıb. Qeyd edək ki, azyaşlının cansız cəsədi jandarma qrupları tərəfindən İftutmaz kəndi yaxınlığındakı çayda tapılıb. (baku.ws)