Rusiyanın 2030-cu il planı
Rusiya 2030-ci ilə qədər 100% bərpa olunan enerjidən istifadə etməklə bu sahədəki xərclərini 20% aşağı salmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə Finlandiyada yerləşən Lappeenranta Universitetinin araşdırmaçıları məlumat verib. Alimlərin sözlərinə görə, qarşıdan gələn illərdə Rusiya külək, günəş, su və geotermal enerji qaynaqlarından daha geniş formada istifadə edəcək.
Araşdırmaçılar bu modelin nüvə texnologiyadan 50 faiz daha aşağı enerji xərci olacağını iddia edir.