NATO-da həyəcan: “Putin prezident olduqdan sonra...”

 

 

NATO silahsızlanma üzrə Moskva ilə danışıqların bərpası haqqında fikirləşməlidir.

  Azərtaym.az xəbər verir ki, bu barədə NATO-nun almaniyalı generalı Hans-Lotar Domreze deyib.

 Onun sözlərinə görə, ittifaq dünyada güc balansının Rusiyanın xeyrinə pozula biləcəyindən qorxur:

 "Rusiyanın silahlı qüvvələri daim dəyişilir və möhkəmlənir. Rusiya silahlı qüvvələrinin son vaxtlar müasirləşməsi fonunda NATO gücləri geriləyir. Putin ikinci dəfə prezident olduqdan sonra Rusiyanın müdafiə sferasına qoyulan investisiyalar artıb. Hazırda Rusiyanın silahlı qüvvələri ultramüasir, elastik və döyüş qabiliyyətlidir".

 NATO generalı qeyd edib ki,  ittifaqın silahlı qüvvələri son 25 il ərzində 25 faiz azalıb. Domrezenin fikrincə, güc balansının pozulacağı halda NATO Rusiya ilə silahsızlanma haqqında danışıqlara başlamalıdır. General hesab edir ki, yalnız güc balansı dünyada sabitliyə zəmanət verir.

 

"Zəruri olduqda isə NATO ikinci ssenarini həyata keçirməli, silahlı qüvvələri tam müasirləşdirməli və yeni texnologiyalar üzərində işləməlidir. Hava hücumundan müdafiə sisteminə xüsusi diqqət verilməlidir". - Domrezeni bildirib.






Fikirlər