PUTİNİN İttifaqı Azərbaycanla DANIŞIQ aparmır
Avrasiya İqtisadi Birliyinə Azərbaycanın da daxil edilməsi ilə bağlı danışıqlar aparılmır. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərlə görüşündə Avrasiya İqtisadi Birliyinin inteqrasiya inkişafı və makroiqtisadiyyat üzrə naziri Tatyana Valovaya bildirib. “Biz Azərbaycanla Birliyə üzv olması ilə bağlı danışıqlar aparmırıq, çünki rəsmi Bakı bunun üçün müraciət etməyib”, – deyə nazir əlavə edib. Avrasiya İqtisadi Birliyi 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyik fəaliyyətə rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.
Valovaya Avrasiya İqtisadi Birliyinin İsrail ilə azad iqtisadi zonanın yaradılması haqqında danışıqlara başlayacağnı söyləyib.
“Bizim azad ticarət zonası haqqında Vyetnamla müqaviləmiz var. Bu müqavilənin imzalanacağı ikinci ölkə yəqin ki, İsrail olacaq. Çünki tərəflər arasında hazırlıq mərhələsi başa çatıb və prezidentlər danışıqların başlanması barədə qərar qəbul ediblər. Hazırda biz bir neçə ölkə ilə, Hindistan , Yunanıstanla danışıqlara başlamağı nəzərdən keçiririk. Ümumiyyətlə, azad ticarət zonasının yaradılması barədə 40 ölkədən müraciət daxil olub.”, – deyə nazir bildirib.
Tatyana Valovaya – AİB-in inteqrasiya inkişafı və makroiqtisadiyyat üzrə naziri