QƏTƏR qazı və ABŞ-ın “İŞİD”i...

 Qətər qazı və ABŞ-ın “İŞİD”i...

Haqqında bəhs edəcəyimiz məqalənin niyə bu qədər gecikdiyi və faktların Suriyada gedən müharibənin 5 ili tamam olanda açıqlandığı yerinə düşən sual olardı

Ancaq yenə də “heç vaxt olmayınca, gec olsa yaxşıdır”. Söhbət isə ciddi jurnalda ciddi şəxsin yazdığı yazıdan gedir. “Atlantico” jurnalının səhifələrində Robert Kennedi - keçmiş prezidentin qardaşı oğlu, hüquqşünas və publisist - Suriya savaşında ABŞ-ın mühüm rolunu və “İŞİD”in yaradılmasında istisna xidmətlərini açıqlayıb.

Kennedinin sözlərinə görə, Suriya savaşının başladılması üçün əsas səbəb Qətərdən Avropaya çəkiləcək qaz kəmərinə Bəşər Əsədin razılıq verməməsi olub. Yəni, “nifaq alması” rolunda iqtisadi ambisiyalar çıxış edir.
Qətər qazı və ABŞ-ın “İŞİD”i...
Həmin qaz kəməri Qətərdən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyədən keçərək Avropada tamamlanmalıdır

Onun inşası 10 milyard dollara başa gəlir. Əgər reallaşarsa, Körfəz monarxiyalarını qazın əsas ixracatçısına çevirməklə yanaşı, İranın qaz ixracında rolunu azaldır. Bir sözlə, monarxiyalar bu yolla daha da varlanır və nüfuzlarını artırır, üstəlik islam dünyasında sünni rejimlər şiə İranını zəiflədirlər.

Layihənin reallaşması üçün Bəşər Əsəddən başqa iştirakçıların hamısı razılıq verib. Ənənəvi müttəfiqləri olan Rusiya və İrana xələl gətirən layihənin başladılmasına Əsəd “yox” deyir. Nəticədə, Suriyada “Ərəb baharı” təşkil olunur.
Qətər qazı və ABŞ-ın “İŞİD”i...
Robert Kennedi bu proseslərdə ABŞ-ın və onun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rolunu qabardır

Onun sözlərinə görə, bu, MKİ üçün ilk oxşar missiya deyil. Vaxtilə İranda Müsəddiq rejiminin yıxılması, yaxud Suriyada 1957-ci il çevrilişi, daha sonralar isə İraq və Liviyada reallaşdırılan ssenarilər də iqtisadi-maliyyə maraqlarının və tamahının məntiqi nəticələri idi. Bu dəfə də hədəf kimi Əsədin kübar rejimi seçilir.

Kennedi yazır: “Bizim Bəşər Əsədə qarşı müharibəmiz qətiyyən 2011-ci ilin “Ərəb baharı”ndakı dinc vətəndaş etirazlarından qaynaqlanmır. O, əslində 2000-ci ildə başlayıb. O vaxt ki, Qətər dəyəri 10 milyard dollar olan qaz kəməri tikməyi təklif edib”.

Bu ideya ilə razılaşmayan Bəşər Əsəd seçimini İrandan Livana gedən kəmər üzərində dayandırır. Əgər Əsədin dəstəklədiyi layihə reallaşsa, onda Avropa üçün qazın əsas təminatçısı Qətər yox, şiə İranı olacaqdı. Bu isə sünni monarxiyalara sərf etmir. Kennedinin yazdığına görə, Əsədin Qətər layihəsindən imtinasından dərhal sonra ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin kəşfiyyat xidmətləri Suriyada hakimiyyəti devirmək üçün üsyan hazırlıqlarına başlayır. Kennedi yazdıqlarını məxfi hesabatlardan gətirdiyi sübutlarla möhkəmlədir, o cümlədən, Suriyadakı müxalifətin yetişdirilməsi üçün onların maliyyələşdirilməsi ilə bağlı faktları sadalayır. Onun sözlərinə görə, ilkin olaraq MKİ Böyük Britaniyanın Barada telekanalına 6 milyon dollar vəsait ayırır ki, həmin pullar Əsəd rejiminin əleyinə süjetlərin hazırlanması işinə xərclənir.
Qətər qazı və ABŞ-ın “İŞİD”i...
Kennedi xüsusi olaraq qeyd edir - Əsəd rejimi Körfəz monarxiyaları ilə müqayisədə kübar, plüralist və mötədil rejimdir

Yəni, söhbət “demokratiya”dan və insan haqlarının qorunmasından gedirsə, hədəf kimi Dəməşq yox, məhz monarxiyalar götürülməliydi. Əsəd hakimiyyəti isə dini tolerantlığı ilə fərqlənirdi, liberallaşma kursunu davam etdirirdi və terrorla mübarizədə özündə olan bilgiləri MKİ ilə bölüşürdü.

“Ərəb baharı”nın təşkilindən 2 il sonra - 2013-cü ildə Əsədin etirazlar nəticəsində getməyəcəyinə əmin olan monarxiyalar kömək üçün Vaşinqtona müraciət edirlər. Onların təklifi çox aydın idi: ABŞ Əsədi devirir, bunun üçün bütün xərcləri isə Qətər və Səudiyyə Ərəbistanı öz üzərinə götürür. Kennedi sübut üçün ABŞ dövlət katibi Con Kerrinin Konqresdə dinləmələr zamanı səsləndirdiyi cümləni göstərir. O vaxt Kerri deyib: “Əslində həmin ölkələr bizə bildirdilər ki, əgər ABŞ digər yerlərdə (o cümlədən, İraqda) gördüyü işi Suriyada da yerinə yetirsə, bütün xərcləri ödəməyə hazırdırlar”. Məsələn, Əsədin devrilməsində hamıdan daha çox maraqlı olan Qətər Əsəd əleyinə “üsyançılar”ın hazırlanması işinə 3 milyard dollar vəsait ayırır və Pentaqonu həmin yaraqlılara öz ərazisində təlim keçmək üçün dəvət edir.
Qətər qazı və ABŞ-ın “İŞİD”i...
Kennedi yazır: “Qərb mətbuatında Əsəd tiran, əleyhdarları isə mötədil üsyançılar kimi qələmə verilsə də, əslində ABŞ kəşfiyyatının strateqləri lap əvvəldən yaxşı bilirdilər ki, radikal cihadçıların əli ilə iş görürlər və bu, onların Suriya ilə İraqın sünnilər yaşayan ərazilərində özləri üçün islam xilafəti yaratmasına aparıb çxaracaq

Yəni, ABŞ əvvəldən “İŞİD” adlı monstrı yaratdıqlarının və bəslədiklərinin fərqində idi”.

MKİ neft və qaz maraqları üçün Yaxın Şərqdəki rejimləri cihadçıların əli ilə dəyişmək taktikasını 1947-ci ildən başlayaraq tətbiq etməyindədir. ABŞ kəşfiyyatında radikal islamçılara uzun müddət SSRİ-nin təsirinə qarşı sədd kimi baxıblar. Kennedinin fikrincə, “İŞİD” adlı “cinayətkar neft qruplaşması”nın yaranması da ABŞ-ın onillər boyu bölgəyə müdaxiləsinin nəticələrindən biridir...

 

 






Fikirlər