Rus GENERALINDAN ABŞ-a xəbərdarlıq: “VURARIQ!”

Rus generalından ABŞ-a xəbərdarlıq: “Vurarıq!”

Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy ABŞ-a xəbərdarlıq edib.

 Rusiya mediasının verdiyi xəbərə görə, general Suriyada atəşkəsi pozan qrupları vuracaqlarını bildirib./Publika.az/
 Rusiya və ABŞ arasında əldə olunan çərçivə razılaşmasına uyğun olaraq Suriyada atəşkəsin elan edildiyini xatırladan Rudskoy bəzi qrupların sistematik olaraq atəşkəsi pozduqlarını deyib. O, Rusiyanın təktərəfli verəcəyi bir qərarla sözügedən qruplara qarşı güc tətbiq edə biləcəyini söyləyib.
 Qeyd edək ki, Suriyada fevralın 27-dən atəşkəs rejimi qüvvədədir. Lakin atəşkəs müxtəlif qruplar tərəfindən mütəmadi olaraq pozulur.






Fikirlər