RUSİYA HÜCUMA KEÇDİ: `Bütün hədəflər məhv ediləcək`


 

Rusiya Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün `S-300` analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyserini Türkiyənin 60 kilometrliyində yerləşən Latkiya sahillərinə göndərib.

 

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya ordusunun Baş Qərargah İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bəyan edib.

O bildirib ki, Rusiya potensial təhdid hesab olunan bütün hədəfləri məhv edəcək: “Bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçiriləcək”.

S.Rudskoy bəyan edib ki, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığın bütün sahələri ilə əlaqələri kəsib.






Fikirlər