Rusiya ABŞ-ı məhv edəcək - ŞOK İDDİA

Rusiya ABŞ-ı məhv edəcək - ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin sonuncu iclasında Rusiya ilə potensial münaqişənin mümkün nəticələri müzakirə edilib.

Həm komitə üzvləri, həm də iclasda iştirak edən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əməkdaşları Rusiya ilə potensial toqquşmada ordunun imkanlarına şübhə ediblər.

“Politico” nəşrinə danışan keçmiş zabitin açıqlamaları da göstərir ki, Pentaqon Rusiya ilə potensial toqquşmanın mümkün nəticələrindən çox narahatdır. 1991-ci ildə “Səhrada tufan” əməliyyatında iştirak edən istefada olan polkovnik Duqlas Makqreder xatırladır ki, “73-cü istinq üçün döyüş” adlanan döyüşdə İraqın zirehli tank qoşunlarının briqadası məhv edilib. “Makqreqer bildirir ki, Amerika əgər daha bacarıqlı və daha yaxşı silahlanan rəqibə, məsələn Rusiyaya qarşı dursaydı döyüşün nəticəsi də başqa cür olardı”, - materialda qeyd edilir.

“Səhrada tufan” əməliyyatının nəticələrini analiz edən Makqreqer kitab buraxıb. O, quru qoşun növünün yenidən strukturlaşdırılması ehtiyacını əsaslandırıb . Həmin vaxtkı hərbi rəhbərlik polkovnikin tövsiyələrinə qulaq asıb, amma islahatların keçirilməsi mümkün olmayıb. Bu ilin sentyabr ayında polkovnik hesabat ilə çıxış edərək bildirib ki, ABŞ-ın zirehli tank diviziyası Rusiyanın analoji qüvvələri ilə toqquşarsa, Amerika diviziyası dağıdıcı məğlubiyyətə düçar olacaq.

“Uduzacaq. Amma bu ifadə vəziyyəti dəqiq ifadə etmir. Məhv ediləcək demək daha düzgündür”, - “Politico” nəşri Duqlas Makqreqerdan sitat gətirir.

Pentaqonda həmçinin yaxın vaxtlarda “stolüstü təlimlər” keçirilib. Səkkiz saatlıq “hərbi oyunlar”ın nəticəsi arzuedilməz idi. Müharibənin müxtəlif ssenarilərinin oynanılması zamanı NATO məğlub olub.

“The National Interest” nəşri də yazır ki, Rusiya hərbi super dövlətdir və ABŞ onunla hesablaşmağa məcburdur. Jurnalıın müşahidəçisi Maykl Pek qeyd edir ki, Rusiya döyüş aviasiyasının hərbi kampaniyası dövründə tətbiq edilən silahlar Amerika hərbçilərini təəccübləndirib.

Analitik əlavə edir ki, sovet təcrübəsini əldə edən Rusiya müasir silahların hazırlaması üzrə böyük bacarığa malik dövlətdir: “T-34 tankı 1941-ci ildə nasist Almaniyanın ordusunun hərəkətini pozdu, sovet tank əleyhinə sistemləri və hava hücumuna qarşı raket kompleksləri Vyetnamda müharibənin gedişatını dəyişdirdi. Hazırda Rusiya tankları müasir müdafiə sistemləri ilə təchiz edilib və effektiv tank əleyhinə idarə olunan raketlərdən müdafiə olunmağa qadirdir”.(Azərtaym.az)






Fikirlər