ABŞ-ın ən MƏŞHUR prokuroru AZƏRBAYCANLI milyarderə qarşı...

ABŞ-ın ən məşhur prokuroru azərbaycanlı milyarderə qarşı...

ABŞ-ın Mayami şəhərində həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab barəsində sanksiya verən baş prokuror  Prit Bharara türklər tərəfindən mesaj yağışına tutulub. Bharara da pərəstişkarlarına cavab verib.

Rza Zərrab barəsindəki ittihamnaməni hazırlayan Nyu Yorkda Cənub Bölgəsinin baş prokuroru Prit Bhararanın Twitter hesabı açıqlanıb. 
Belə ki, sözügedən əməliyyatdan əvvəl baş prokurorun 2 min 500-ə yaxın izləyəni olub. Lakin bu say 24 saat içində 102 min 500-ə çıxıb. Və amerikalı prokurorun Twitter hesabındakı izləyənlərinin haradasa hamısını türklər təşkil edir.
Baş prokurora müraciət edən türklər, “Türkiyədən istədiyiniz bir şey varmı? Türk rakısı, şiş kabab, lokum, türk xalçası… İstəməyiniz kifayət edir, qulluğunuzdayıq”, “Qardaş, xanımını da al gəl, gözləyirik”, “Bizimkilərin bacara bilmədiklərini siz bacardınız, yanınızdayıq” kimi mesajlar atıblar.
Preet Bharara da öz rəsmi hesabından ona edilən müraciətlərə belə cavab verib: “Şiş kababı sevirəm. Amma sadəcə olaraq öz vəzifəmi yerinə yetirdiyim üçün belə hədiyyələri qəbul edə biləcəyimi düşünmürəm. Rza Zərrab yaxında Manhattan məhkəməsində amerikan ədaləti ilə üzləşəcək.”
QISA DOSYE
Baş Prokuror Hindistan əsillidir. 48 yaşı var. 2009-cu ildə Nyu Yorkda adi prokuror olub. Sonra 25 fərqli ölkələrə göndərilib. 
Əsasən qanunsuz silah və narkotik maddələrin ticarəti ilə məşğul olanları ifşa edərək Nyu Yorkda məhkəmə qarşısına çıxarıb.
Qeyd edək ki, R.Zərrab İrana qoyulan embarqoları pozmaqda, çirkli pulların yuyulmasında və bank saxtakarlığında ittiham edilir və ona 75 il həbs cəzası verilməsi istənilir.(lent.az)
AzerTaym.az






Fikirlər