Rıza Zərrab ABŞ-da HƏBS OLUNDU
Rza Zərrabın ABŞ-ın Mayami şəhərində həbs olunduğu açıqlanıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rıza Zərrab amerikalı prokurorlar bazar ertəsi günü verdikləri açıqlamada iş adamı Rza Zərrabın həbs olunduğunu bildiriblər. Prokurorlar Zərrabın İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün qurduğu mexanizmin parçası olaraq yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirdiyini açıqlayıblar. Zərrabdan başqa Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşının da həbs olunduğunu bildirilir. Qeyd edək ki, iki il öncə Riza Zərrab Türkiyədə həyata lkeçirilən 17-23 dekabr antikorrupsiya əməliiyyatı çərçivəsində də həbs edilmiş, bir neçə ay təcridxanada yatmış, sonra azad olunmuşdu. Qeyd edək ki, Riza Zərrabın iş ortağı Babək Zəncani də İranda həbs olunub və ona edam cəzası kəsilib. Hazırda R.Zərrab bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə ona 75 il həbs cəzası düşür. Rıza Zərrab 1983-ci ildə İranda doğulub, Türkiyədə yaşayan iranlı iş adamıdır. O, Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.