Obama: "VƏTƏNDAŞLAR qorxmadan fikirləşdiklərini AZAD şəkildə bildirməlidir! " (VİDEO)

Obama:

 Prezident Barak Obama Kubaya tarixi səfəri zamanı Kuba xalqına birbaşa müraciətində demokratik islahatların keçirilməsinə çağırıb və iki ölkə arasında münasibətlərin əhəmiyyətini vurğulayıb. Son 88 ildə Kubaya səfər edən ilk Amerika prezidenti olan Barak Obama deyib ki, Birləşmiş Ştatlar və Kuba soyuq müharibə dövrünün fikir ayrılıqlarını bir tərəfə qoyub, hər iki ölkənin rifahı naminə yeni gələcəyə doğru addımlamalıdır. 

“Mən buraya Amerika qitəsində soyuq müharibənin son qalığını dəfn etməyə gəlmişəm.”
Havanada Böyük Teatrdan telviziya ilə birbaşa yayımlanan müraciətində Obama ABŞ və Kubanı “bir-birindən uzun müddətdir ayrı düşmüş qardaşlar” adlandırıb.
Prezident Raul Kastro və Kubanın başqa rəsmilərinin dinlədiyi çıxışında Obama insan hüquqlarının əhəmiyyətindən danışıb.
“Mən inanıram ki, vətəndaşlar qorxmadan fikirləşdiklərini azad şəkildə bildirə bilər. Hökuməti təşkil etmək və dinc etiraz edə bilər. Bu hüquqlardan istifadə edən insanların ixtiyari həbsləri qanunun aliliyinə daxil deyil. Və əlbəttə, mən inanıram ki, seçicilər öz hökumətlərini azad və demokratik seçkilərdə seçə bilməlidir,” deyə Prezident Obama bildirib.
Prezident yenidən embarqoya son qoymağa çağırıb:
“Birləşmiş Ştatların prezidenti kimi mən Konqresi Kubaya qarşı embarqonun qaldırılmasına çağırmışam. Bu, Kuba xalqı üzərində və Kubada işləmək, biznes yaratmaq və investisiya qoyuluşları etmək istəyən amerikalılar üzərində yükdür. Bu embarqonun aradan qaldırılması vaxtıdır. “
ABŞ prezidentinin Kubaya səfərinin ilk günü rəsmilər demokratiya tərəfdarı nümayişi dağıdaraq, insanları həbs edib.
Prezident Obama həbs edilmiş bəzi şəxslər də daxil olmaqla, Kuba dissidentləri ilə görüşüb. Bu, onun səfərinin ən mühüm məqamlarından biri hesab edilir.
“Həbs edilmiş insanlar var. Bəziləri əvvəl, bəziləri bu yaxınlarda həbs edilib. Mənim dediyim kimi, bizim Kuba ilə yaxınlaşma siyasətimiz təkcə mənim prezident Kastro ilə görüşüm və hökumətlərarası münasibətlərdən ibarət deyil. Bunun böyük hissəsi bizim Kuba xalqının dediklərini birbaşa eşidə bilməyimizə aiddir,” deyə ABŞ lideri insan haqları sahəsində islahatlara səsləyib.
Prezident Obamanın Kubaya tarixi səfəri Tampa Bay Rays və Kuba milli yığması arasında besbol matçına tamaşa etməklə sona çatdı. Bu, iki ölkə arasında birliyə nümunə kimi qəbul edilir ("Amerikanın səsi").

 






Fikirlər