Ərdoğandan Rusiyaya XƏBƏRDARLIQ - VURULACAQSAN!

"Bumeranq kimi qayıdıb bir gün səni də vuracaq"
Türkiyə prezidenti Avropa və ABŞ-a da xəbərdarlıq edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror hücumları ilə bağlı Avropa, ABŞ və Rusiyaya xəbərdarlıq edib.  "AzerTaym.az" anspress-in məlumatına istinadən bildirir ki, Ərdoğan Rusiyanın istənilən şəhərində terror aktının törədilə biləcəyini bəyan edib.
Onun sözlərinə görə, Rusiya zənn edir ki, Moskvada terrorçulara ofis açdırdısa, onlara bol-bol silah verdisə, heç bir problem olmayacaq.
"Yanılırlar. Bumeranq kimi qayıdıb bir gün səni vuracaq. Bunu da bil. Ankarada məsum xalqı hədəfə alan, terror aktı törədən təşkilat heç bir insani və əxlaqi dəyəri qalmayan bir qruplaşmadır. Onlar üçün Ankara ilə Londonun, İstanbul ilə Berlinin, Nyu-York ilə Moskvanın fərqi yoxdur.
"Dəvəquşu kimi başınızı quma soxaraq ortadakı gerçəyi dəyişdirə bilməyəcəksiniz"
Bu gerçəyi görmək üçün nə çox dərin kəşfiyyat məlumatlarına, nə də dəqiq ünvanlara sahib olmağa ehtiyac yoxdur. Hər şey bütün çılpaqlığı ilə ortadadır. Siz terrorçulara müxtəlif səbəblərə görə qucaq açır, birlikdə yola davam etməyə çalışırsınız. O terrorçu əvvəl-axır silahını, bombasını sizə də çevirəcək. Dəvəquşu kimi başınızı quma soxaraq ortadakı gerçəyi dəyişdirə bilməyəcəksiniz", - Ərdoğan deyib.
1
Bundan əvvəl isə Ərdoğan Belçika və Hollandiya güc strukturlarını səriştəsizlikdə, qeyri peşəkarlıqda təqsirləndirib. Türkiyənin deportasiya etdiyi sonradan Brüsseldə partlayış törətmiş döyüşçü barəsində lazımı ölçülərin götürülməməsini pisləyib.
Ərdoğan deyib ki, Brüsseldə partlayış törədən terrorçulardan biri İbrahim Əl Bakrui 2015-ci ilin iyun aynda, Suriya ilə sərhəddə yerləşən Qaziantep vilayətində saxlanılmış və öz istəyi əsasında Niderlanda deportasiya olunmuşdu.
Türkiyə höküməti onun xarici döyüşçü olduğunu bildirsə də, Niderland və Belçika höküməti onun barəsində heç bir tədbir görməyib.
Martın 22-də səhər saatlarında Brüssel beynəlxalq hava limanında 2 güclü partlayış baş verib. Üçüncü partlayış isə qısa müddət sonra "Malbek" metrostansiyasında vaqonda baş verib. Partlayışlara görə məsuliyyəti İŞİD terrorçu qruplaşması öz üzərinə götürüb.
Silsilə terror aktları nəticəsində 32 nəfər ölüb, 270 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Hökumətin fikrincə, həmin partlayışda bir neçə terrorçu iştirak edib.






Fikirlər