Kapitanı azərbaycanlı olan yük gəmisi ikiyə bölündü - VİDEO

 

İstanbulun Sarıyer rayonu ərazisində Monqolustan bayrağı altında üzən, kapitanı azərbaycanlı olan "Leonardo" adlı 114 metrlik yük gəmisi ortadan ikiyə bölünüb.

Ötən gecə saat 3 radələrində gəmi təmir üçün Tuzladakı tərsanəyə yan alarkən qəza baş verib. 1975-ci ilin istehsalı olan gəminin öncə qabaq hissəsi əyilib, sonra gövdədən ayrılıb.

Əraziyə 8 sahil təhlükəsizlik gəmisi cəlb edilib.

Ekipaj üzvləri xilas edilib./teleqraf

 

 

  

 






Fikirlər