ABŞ 45-ci prezidentini seçir: Klinton, yoxsa Tramp?..
Bu gün - noyabrın 8-də Amerika Birləşmiş Ştatlarının vətəndaşları ölkənin 45-ci prezidentini seçirlər. Modern.az xəbər verir ki, prezidentlik uğrunda əsas mübarizə ənənəvi partiyaların namizədləri - Demokratların nümayəndəsi Hillari Klinton və Respublikaçıların nümayəndəsi Donald Tramp arasında gedir. Klinton və Trampdan başqa president seçkilərində daha 24 namizəd var. Ancaq onlar ikinci dərəcəli namizədlər sayılırlar.
Bu arada “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilən son sorğuya əsasən, ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton respublikaçıların namizədi Donald Trampı 3% qabaqlayır.