Tehranda silahlı hücumlar zamanı ölən və yaralananların - SAYI

Tehranda Milli Məclis və İmam Xomeyni türbəsində törədilən terror aktı nəticəsində 33 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan ikisi xəstəxanada ölüb.
İranın Təcili Tibbi Yardım Xidməti yaralanan şəxslərin adlarını açıqlayıb. Onların arasında qadınlar da var.
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub. Silahlılar daha 4 nəfəri isə girov saxlayırlar. Xüsusi təyinatlılar onların xilas edilməsi üçün əməliyyat keçirir.
Xomeyninin türbəsinə hücum edən dörd nəfərdən biri özünü partladıb, bir nəfər isə kimyəvi maddə içərək özünü öldürüb. Türbəyə hücum nəticəsində xeyli yaralının olduğu bildirilir.
AzerTaym.az

 






Fikirlər