Ermənistanın birinci LEDİSİ ƏRİNƏ QARŞI ŞIXDI
Ermənistanın birinci ledisi Anna Akopyan oktyabrın 6-da məşhur rusiyalı qadınları Dağlıq Qarabağa gətirəcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər proqramı zamanı rusiyalı qadınlar ön xəttə gətiriləcəklər və guya, oradan Azərbaycanla Ermənistan arasında sülh çağırışları səsləndiriləcək. “Onlar oktyabrın 5-də Ermənistana gələcəklər. Oktyabrın 6-da birinci ledinin müşayiəti ilə ön xəttə gedərək, sülh çağırışları edəcəklər”-deyə Anna Akopyanın ofisindən açıqlama verilib. Məlumata görə, səfərdə Rusiyanın tanınmış publisistləri, yazıçıları, fond və humanitar təşkilat rəhbərləri iştirak edəcəklər. Baş nazir Nikol Paşinyanın son aylarda Azərbaycana qarşı səsləndirdiyi müharibə çağırışları fonunda onun həyat yoldaşının sülhə çağırış təşəbbüsü ilə çıxış etməsi ziddiyyətli görünür. Bu, Ermənistan baş naziri ilə birinci ledi arasında ya planlı oyun, yaxud münaqişəyə fərqli baxmalarından xəbər verir.