Zərrabı TƏCAVÜZDƏ İTTİHAM edənin KİMLİYİ bilinib - “UTANDIM...”

Zərrabı təcavüzdə ittiham edənin kimliyi bilinib

ABŞ-da ittiham olunan Rza Zərrabın ona təcavüz etdiyini iddia edən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin şəxs 61 yaşlı Fildişi Sahilləri vətəndaşı Faouzi Jaberdir. 

Terrorçu qrupa silah, narkotik və maddi yardım göstərdiyi üçün həbs olunan Jaber Manhetten həbsxanasında qaldığı dövrdə eyni hücrəni paylaşdığı Zərrabın ona cinsi təcavüz etdiyini iddia edərək şikayətçi olub. Zərrabı məhkəməyə verən Jaber hadisənin 2016 noyabr və 2017-ci ilin martında baş verdiyini bildirib. O, şikayətində “Çox çarəsiz qaldım, məndən daha gənc və güclü adamla mübarizə apara bilmədim” sözlərini işlədib. Jaber, həmçinin şikayət ərizəsində qorxduğu və utandığı üçün o dövrdə şikayətçi olmadığını əlavə edib. 

Zərrabın Jaberə şəxsi vəkil tutması üçün pul verdiyi, Afrikdakı ailəsinə də pul göndərdiyi iddialar arasındadır. 

İş adamının vəkili isə iddiaları “yalan” və “çirkin” adlandırıb. 
 

 

 






Fikirlər