PARLAMENT sədri həbs EDİLDİ

Parlament sədri həbs edildi

İndoneziya parlamentinin sədri Setya Novanto dövlətin 170 milyon dollardan çox maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir.

Publika.az xəbər verir ki, ölkənin rəsmi KİV orqanlarının yaydığı məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırma başladıb. Araşdırmanın nəticələrinə görə, S.Novantonun 2009-cu ildə İndoneziyada yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün ayrılan vəsaitdən şəxsi mənafeyi istiqamətində istifadə etdiyi məlum olub.

Parlament sədrinin evində əməliyyat-axtarış tədbirləri aparılıb. Lakin hökumət orqanları S.Novantonu avtomobil qəzası keçirdikdən sonra yerləşdirildiyi dövlət xəstəxanalarından birində tapıblar.

Parlament sədri bu gün Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən əlil arabasında sorğuya gətirilib.

Onun noyabr ayının 30-da yenidən sorğuya çağrılacağı bildirilərək, ölkədən çıxışına qadağa qoyulub.






Fikirlər