Prokuror MTN generalına 15 il İŞ İSTƏDİ

Prokuror MTN generalına 15 il iş istədi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə cəza istənilib.

“AzerTaym”ın verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.






Fikirlər