"Bu əməliyyatdan sonra Azərbaycan SÖZ sahibi olacaq" — Ekspert

"Bu əməliyyatdan sonra Azərbaycan söz sahibi olacaq" — Ekspert

Ermənistan Azərbaycan arasında baş verən bir neçə günlük müharibə Azərbaycan ordusunun gücünü ortaya qoydu.

Ordumuzun apardığı uğurlu əməliyyatlar erməni tərəfini yenidən atəşkəs elan etməyə məcbur etdi. Düşmən atəşkəsin əldə edilməsi üçün bütün dünya liderlərinə yalvardı.

Azərbaycanla Ermənistan arasında baş verən qısa müharibəni hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:

"Bu gün dünyaya Azərbaycan diplomatiyasından çox Azərbaycan əsgəri, Azərbaycan hərbisi səs saldı. Biz bu əməliyyatların mahiyyətini sonra başa düşəcəyik. Azərbaycan bütün dünyaya başa saldı ki, onun gücü də, təpəri də və müasir silahları da var. Bir şeyi xüsusi vurğulamalıyıq ki, Azərbaycan hələ geniş miqyaslı əməliyyatlar aparmadı. Bütün qoşunlarımız döyüşlərə cəlb edilmədi. Biz yalnız düşmənin həmlələrini dəf edib, onlara layiq olan zərbələr vurduq. Azərbaycan silahlı qüvvələri gücünü bundan sonra da göstərəcək, bunu gözləyirik və arzulayırıq. Azərbaycan əsgərinə əmr lazımdır ki, üzərinə düşən vəzifəni ustalıqla yerinə yetirsin. Bəziləri ordumuzun uğurlarında Zakir Həsənovla Səfər Əbiyevi müqayisə edir. İndiki məqamda bunlar hamısı kənara qoyulub, Azərbaycan əsgərinin, əsgər dedikdə, sıravi əsgərdən tutmuş, ali baş komandana kimi hər birinin əməyini alqışlamaq lazımdır. Biz indiki məqamda ayrıseçkilik etməməliyik. Bütövlükdə Azərbaycan döyüşür, Azərbaycan müharibə aparır. Azərbaycan təkcə ön xətdə deyil, arxa cəbhədə də media və sosial şəbəkələrdə də düşmənlə müharibə aparır.

Bu müharibədir. Azərbaycan ordusu üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Sanki 10 milyonluq Azərbaycan əhalisinə yeni nəfəs, ruh verdilər. Atəşkəsin bərpa olmasına çox təəssüflənirəm. Ancaq bir şey var ki, bundan sonra Azərbaycan söz sahibi olacaq".






Fikirlər