Bakıda tapılan AYI hansı MƏMURundur?
Dünən paytaxt ərazisində peyda olan ayı balası Bakı Zooparkına məxsus deyil. "AzerTaym.az" xəbər verir ki, bunu modern.az-a Bakı Zooparkının direktoru Azər Hüseynov deyib. O qeyd edib ki, Zooparka məxsus bütün heyvanlar öz yerindədir: "Həmin ayı balasının hansı şəraitdə, harada peyda olması ilə bağlı məlumatım yoxdur". Direktor, eyni zamanda, tapılan ayı balasının Bakı Zooparkına təhvil verilməsilə bağlı müraciət almadığını deyib. Maraqlıdır, əgər ayı balası zooparkdan qaçmayıbsa, onda kimindir?.. Bakıda heyvan saxlamağa həvəsli olan imkanlı ailələr, məmurlar çoxdur. Ola bilsin şəhərə qaçan ayı balası hansısa şəxsi malikanədən çıxıb... Qeyd edək ki, ayı balası Bakının Suraxanı rayonunda, "Baku Bus" avtobuslarının saxlanıldığı yerin yaxınlığında peyda olub. Fövqəladə Hallar Nazirliyi (FHN) ayı balasını aidiyyəti üzrə təhvil veriləcəyini bildirib.