ABİD Şərifov: 'Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina varz

Abid Şərifov: 'Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina varz'

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyi olmadan istismara verilən binaların sayında ciddi azalma müşahidə olunur.

AzerTaym.az "APA-Economics"-istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.
 Baş nazirin müavini deyib ki, təkcə Bakı şəhərində 6-7 ay bundan öncə bu cür binaların sayı 300-ə yaxın olub: "Bu məsələ Nazirlər Kabinetində aidiyyatı qurumların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olundu və görülən tədbirlər nəticəsində hazırda bu cür binaların 100-ə enib. Bu istiqamətdə ciddi işlər aparılır. Bu sahədə problemlər var. Məsələn, bəzi binalar yarımçıq tikilib, bəzilərinin lifti yoxdur, digərlərində başqa çatışmazlıqlar var".






Fikirlər