Prezident Qədr gecəsinə görə - 612 nəfəri əfv etdi
Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Qədr gecəsi şərəfinə 612 nəfəri əfv edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əfv edilənlər arasında 586 Türkmənistan vətəndaşı, 26 əcnəbi var. Prezident əfvə düşənlərin Qədr gecəsini öz ailələri ilə keçirməsi üçün qısa müddətdə azadlığa buraxılmasını tapşırıb.