29.01.2014. - Qədir Qızılsəslə Nanənin sözü niyə çəp gəldi?

29.01.2014. -  Qədir Qızılsəslə Nanənin sözü niyə çəp gəldi? “ATV” Telekanalında Nanə Ağamalıyevanın təqdimatında yayımlanan “GÜN KEÇİR” verlişinin qonağı Qədir Qızılsəs olub. Verlişin abu-havası əsasən qəmgin notlar üzərində davam edib.
Əslində Nanənin bu verlişi də məs Məhəbbət müəllimə həsr etməsi gözdən qaçmayıb. Yaxın keçmişdə rəhmətə getməmişdən öncə “GÜN KEÇİR”in qonağı olmuş Məhəbbət Kazımovun həmən verlişindən Qədir Qızılsəslə bağlı bir kadr təqdim olunub. O kadrda Məhəbbət müəllimin ağır xəstəlikdən sonra efir vasitəsi ilə Qədir Qızılsəslə telefon əlaqəsi nümayiş edilib. Kadr efirə getdikdən sonra Nanə, Qədr müəllimdən Məhəbbət Kazımovla həmən verlişdən sonra görüşüb-görüşməməsini xəbər alıb, cavabında:”Xeyir! Görüşə bilmədim. Çox peşimanam buna görə, onu son kəs görə bilmədim. Yaxşı ki, telefon bağlantısı qurdunuz danışdım onunla o zaman” deyən Qədir müəllimə Nanənin: “Əslində məndə bilmirəm sabah, Qədir müəllim, sizi görə biləcəm ya yox. Elə bu səbədən də bu gün verlişimə sizi dəvət etmək qərarına gəldim” cavabı verib.






Fikirlər