11.01.2014 - Deputatdan telefon qadağasına yumoristik cavab
AzerTaym.az ANS-ə istinadən məlumat verirki, Milli Məclis rəhbərliyinin bu qərarına artıq yumoristik reaksiya verənlər də var.
Millət vəkili Etibar Hüseynov bu qadağaya Facebook vasitəsi ilə münasibət bildirib. Deputat məzəli elan xarakterli statusunda belə deyilir: ”Elan: Yaxşı vəziyyətdə olan “Ayfon” telefonlar təcili olaraq satılır. İmza MM-in deputatları” yazaraq sosial şəbəkədə fikirlərini bölüşüb.
Xatırladaq ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu dünən mətbuata açıqlamasında bildirib ki, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verəcək, binanı tərk edəndə isə geri götürəcəklər. Bu qadağa jurnalistlərlə yanaşı bu qadağa hər kəsə həmçinin Milli Məclisin deputatlarına da aiddir.
P.S. Bu cavan oğlan hələ vaxtilə "MARAQLI QƏZET"dən belə "ilk"lərın müəllifi kimi tanınır.....
Çox orjinal oğlandı və həmişə belə "maraqlı" proyektlərilə seçicilərini "duyğulandirmaqda"
davam eliyir!!
Elə qardaş elə, millət ardını "bəkləməkdə",elə!!!