50-ci... - (VİDEO anons)

50-ci... - (video anons)

Rauf Arifoğlunun 50 illik yubileyi münasibəti ilə film hazırlanıb

 

23 iyulda 50 yaşını tamamlayacaq "Yeni Müsavat " qəzetinin təsisçisi Rauf Arifoğlu haqqında film hazırlanıb. 
 
Filmin müəllifləri  minval.az saytının kreativ redaktoru İlkin Zəfərli və "Yeni Müsavat " qəzetinin müxbiri, tanınmış jurnalist Sevinc Telmanqızıdır. Müəlliflər musavat.com-a filmin video anonsunu - fraqmanını da təqdim ediblər.  S. Telmanqızı musavat.com -a deyib ki, bu film minval.az saytının və "Yeni Müsavat " qəzetinin illərdir bərabər çalışdıqları iş və missiya yoldaşları Rauf Arifoğluna hədiyyəsidir.
O deyib ki, 24 iyulda filmin təqdimat mərasimi olacaq. Təqdimat törəninə ölkənin siyasət, QHT və media sektoruna aid tanınmış simalar, millət vəkilləri , ictimai xadimlər qatılacaq.
Filmin media vasitəsi  ilə yayımına da təqdimat mərasimimdən dərhal sonra start veriləcək.
İndi isə musavat.com həmin filmin video anonsunu təqdim edir.

 






Fikirlər