Deputat: “Dənizə getmirəm ki, qadınları lüt görməyim” -BİQEYRƏT NƏSİL YETİŞİR

tahirk

Deputat homoseksualların Bakıdakı toyundan danışdı

“Son illər homoseksualların apardığı təbliğatlar evimizin içinədək  gəlib çıxıb. Bunun üçün filmlərdən, seriallardan, verilişlərdən, musiqi kliplərindən, hətta cizgi filmlərindən belə istifadə olunur. Homoseksuallığın təbliği üçün illər uzunu hansı mərhələli görülən işlər  öz bəhrəsini vermədədir”.

Bu sözləri gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli Bakıda cinsi azlıqların evlənməsi faktına münasibət bildirərkən söyləyib.  Onun sözlərinə görə, son illər Azərbaycanda da bu məsələnin kifayət qədər təhlükəli səviyyədə artdığı və adiləşdiyi göz önündədir: “Əvvəllər homoseksualları, sadəcə, gecə vaxtları görmək mümkün idisə, hazırda artıq onlar gündüzlər də çəkinmədən şəhərin küçələrində gəzişirlər.  Hələ bu azmış kimi  şadlıq evlərində dəbdəbəli toy  mərasimləri də keçirirlər. Onlar təşkilatlanaraq Almaniya, Niderland, Norveç, Böyük Britaniya , Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşlər keçirir, tələblərini səsləndirirlər. Səfirliklər isə onlara bildirirlər ki, homoseksualların hüquqi statusunun qorunması məsələləri onlar üçün prioritetdir.  Onlar bu toylardan görüntüləri mətbuata ötürmək və sosial şəbəkələrdə yerləşdirmək də marqlıdırlar.

Deputat qeyd edib ki,1990-cı ildə  AR Ali Sovetinin deputatı  seçildikdən sonra iclasda ilk çıxışım  Mənəviyyat Dövlət Komissiyası və Əxlaq Polisinin yaradılmasıyla bağlı olub: “Hələ o vaxtlar bu məsələylə bağlı təhdid və təhlükələr var idi. İstəyirdim qarşısını alaq. Çünki qarşıdakı illərdə bunun baş verəcək fəsadlarını görurdüm.  Sosializm hər şeyi qadağan edirdi,  yaxşını da pisi də.  Ona görə də sosializm dövründə  müəyyən pis hallar da qadağan olunmuşdu. Kapitalizmdə isə tam  əksinə,  hər şeyə icazə verilir;  yaxşıya da, pisə də. Ona görə də,  ölkəmizdə eynicinslilər tandeminin yayıldığını görürdüm. Lakin təəssüf ki, mən dövlət rəhbərini inandıra bilmədim. Eləcə də parlamentdə inandıra bilmədim ki,  bu pisliyin qarşısını indidən almaq lazımdır ki, artmasın. Həqiqətən də  o zamanlar baxmayaraq ki, gənc idim, cavanıydım,  amma özümü öldürürdüm ki, bunun qarşısını almaq lazımdır. Qarşısı alınmazsa, çox pis vəziyyətlərə gətirəcək. Lakin heç kimi inadıra bilmədim. Təkliflərim keçmədi. İndi isə Azərbaycan Avropa Şurasının üzvüdür. Ona görə də,  bu qurumda qalmaq üçün onların şərtlərinə uymalıyıq. O vaxt – 16 il əvvəl yenə də Avropa Şurası qarşımızda  şərt qoymuşdu ki, Azərbaycan Respublikası  bu cür əxlaqsız hərəkətlərə icazə versin. Qeyd edim ki, AR CM-in 113-cü maddəsində  belə mənəviyyatsızlıq üçün ciddi cəza nəzərdə tutulurdu.  Çox təəssüf edirəm ki, nə qədər çalışdıqsa, qarşısını ala bilmədik.  Açıq deyirəm, həm iqtidar, həm də müxalifət birlikdə Avropa Şurasına girmək məqsədiylə CM-dən belə biabırçı halları cəzalandırmalı olan maddələri çıxarıb aradan qaldırdılar. Özü də xalqın  xəbəri olmadan”-, deyə o bildirib.

Millət vəkili bildirib ki, Avropa Şurasına daxil olmaq üçün ölkədə bu cür murdarlıqları əks etdirən hallara icazə verilib: “Bunu deməkdən çəkinmirəm. Çox təəssüf edirəm ki, o zamandan indiyədək Azərbaycanda belə xoşaglməz hallar inkişaf edib. Bir şeyi nəzərdə saxlamq lazımdır ki, hüququn ən mühüm  dayaq və mənbələrindən biri adət hüququdur. Bizim də milli adət-ənənələrimiz var. Hətta dini adətlərimiz də var. Məsələn, Çində və Yaponiyada milli adətlər var ki, belə şeyləri  rədd edir, amma onlar müsəlman  deyillər. Ona görə də, mən Azərbycan xalqının milli  mənəviyyatını hər şeydən üstün tuturam. Eyni zamanda, bu dini mənəviyyatı da  özündə ehtiva edir. Deməli, milli və dini ənənələri olan bir ölkədə  belə biabrçılığa rəsmi icazə vermək, hətta şirnikləndirmək, televiziya kanallarında onlara aparıcı  statusu vermək, təbliğini etmək, xaricdə və ölkədə baş verən bu biabırçılıqları qanuniləşdirmək, insanların gözlərini və qulaqlarını belə şeylərə alışdırmaq,  adiləşdirmək Azərbaycan xalqının,  təkcə bu günkü nəslinə yox, keçmişinə, gələcəyinə də xəyanətdir. Genefondumuza böyük zərbədir. Həyatda elə şeylər  varki vazkeçilməz sayılır. Mənim üçün dünyada belə şeylər ən böyük vəzifədən də yüksəkdə dayanır. Bunu çəkinmədən deyirəm. Belə şeyləri eşidəndə ürəyim əsir. Bu mənim yaralı yerimdir.   Üzr istəyirəm, gəncliyimdə o prinsiplərlə yaşamışam ki, iki göz iki gözə baxmalıdır,  insanlar tək nikahlı, monoqamiya olmalıdır. Əxlaqszlıa yuvarlanmamalıdır. İnsanlar arasında saf sevgi, məhəbbət olmalıdır. Ailənin təməli bu cür qoyulmalıdır. Avropanın nikahı –  vətəndaş nikahı da deyilir bu zibilə.  Adətlərimiz təhrif olunur, Milli köklərimizə bağlı  nənə-babalarmızda günümüzədək gəlib çıxan milli dəyərlərimizə zərbə vurulur. Keçmişimizin, namusumuzun üzərindən xətt çəkilir,  biqeyrər gələcək yaradılır. Mən bunun qəti əlehinəyəm. Ürəyim yaralıdır, bu sahədə. Özümü “öldürdüm”,  baxan olmadı. Demirəm bu müsbət haldır, amma indiyək də bir dəfə də olsun,  bir qadınla belə avropasayağı rəqsi etmədim. Çimərliyə getmədim ki, qadınları paltarsız görməyim. Biz o cür tərbiyə olmuşduq ki, özümüzü müqəddəs duyuğularla yaşadaq.  Hətta kartın üzərndə yarıçılpaq qadın görəndə baxmazdıq ki, gözlərimiz haram görməsin”.

T.Kərimi baş verənləri tərbiyəsizlik adlandırıb: “Bu nə biabırçılıqdır, hər şeyi məhv elədilər, gələcəyimizi, balalrımızı əlimizdən aldılar. Cəmiyyət  o qədər  güclüdür ki, biz valideynlər daha onlara təsir edə blmirik. Biz  olanları aradan qaldıra bilmirik. Yaşım 60-ı keçib. Özümün və ölkəmin  gələcəyi üçün  bu cür babırçılıqlardan  çox  narahatam. Gələcəyə biqeyrət nəsil yetişir. Balalarımızın, nəvələrimizin  belə hala salınması məni yandırır,  ona görə də, internet və sosial şəbəkələr, televiziya kanalları üzərində əxlaq nəzarəti qoymaq və gücləndirmək lazımddır. Senzura qoymaq azımdır”.

Millət vəkili  hesab edir ki, Azərbaycanda bu cür biabırçılıqların qarşısını alaq üçün mənəviyyat və əxlaq senzurasının qoyulmasına ehtiyac var: “Bu cür biabırçı hallara yol verən qanunvericiliyi təkrar dəyişmək lazımdır. Ona görə də, bəlkə də uzun illərdən sonra  ilk dəfə məcbur olub emosional  danışdım. Bax, bu çür halların artması məni  çox ağrıdır. İmkan  düşəndə  bu haqda Milli Məclisdə fikirlərimi bildirirəm.   Adətən, qanunlar müzakirəyə çıxarılanda,  həmin ətrafda danışırıq. Bizim qanunvericilik təşəbbüsü hüququmuz var, amma  bunu həyata keçirmək çox  ağır proseduradır.  Çünki, mən deputatların və hakimlərin toxunulmazlığı ilə əlaqədar  təkliflər irəli sürmüşəm. Amma həmin təklifləri  hələ də həyata keçirə bilməmişəm. Yenə deyirəm, bu mənim yaralı yerimdir. Fürsət düşdükcə, məsələləri qaldıracam. Ürəyim ağrayır ki, yaxın zamanda  Azərbaycanda  dövlət qulluqçularının etik davranış qaydalarıyla bağlı qanun müzakirəyə veriləcək. Dövlətinə biganəlik,  öz dilini bilməmək  utancverici haldır. Bir millətin ki, elitası öz Ana dilini bilmir, o millət nə Qarabağ dərdi çəkəcək? Bir millət ki, rus dilində danışa, doğma dilini bilməyə, o millətin nə qeyrətini çəkəcək? Nə dövlətin, nə torpağın,  nə də namusun qeyrətini  çəkəcək. Mən bu məsələləri Milli Məclisdə də qaldırdım, çox təəssüf ki,  nail ola bilmirəm.  Təəssüf ki, məni orada müdafiə edənlər də azdır. Əfsus ki,  hər yandan üstümüzə töülürlər. Ona  görə də, imkan olduqca, nə qədər ki, nəfəsimiz  var,  sonadək mübarizə aparacağıq”.

sekx

Tahir Kərimlinin sözlərinə görə, qanunları elə dəyişiblər ki, həm inzibati, həm  mülkü, həm də cinayət qanunverciliyində onların  cəzalandırılması mexanizmi yoxdur: “Yeganə  məsələ o ola biər ki, əxlaqsızlıq yuvaları  saxlamaq, əxlaqsızlığı təblig eləmək, yaymaqla bağlı qadağalar olsun. Bütün bunlar da ona gətirib çıxaracaq ki,  deyəcəklər “qanunla icazə verilir, mən neyləyim?”. Ona görə də  bu biabırçılığı qanunverici  qaydada əvvəl aradan qaldırmaq lazımdır. Amma bizim əlimizdə onlarla mübarizə aparmaq üçün  cəmiyyətə  təsir göstərən nə mətbuat var, nə də televiziya yoxdur. Heç olmazsa, bunlar qansın, sosial qınaq formalşsın. İctimai qınağa səbəb olsun. Bu adamlar ar çəksinlər, utansınlar,  çox təəssüf ki, indi  xalqından millətindən utananlar da azdır”.






Fikirlər