DAĞLIQ QARABAĞ ətrafındakı rayonlar Azərbaycana QAYTARILIR - MƏRUZƏ

Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın qaytarılır. Torpaqların təhvil verlməsi Sülh sazişində razılaşdırılacaq. 
Moderator.az -ın məlumatına görə, Virtualaz.org saytı Ermənistan mənbələrinə istinadən xəbər verir ki, bu barədə erməni “Ani” tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir.
Bu məruzə işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirir və artıq Ermənistan XİN bu sənədə reaksiya bildirib. Xarici İşlər Nazirliyindən əsəbi tərzdə qeyd olunub ki, bu ekspertlərin işinin nəticəsidir.
Bununla birlikdə, erməni ekspertlər təfərrüatları da nəzərə çatdırıblar. Belə məlum olub ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır.
Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır.






Fikirlər