16.05.2014. - "7 rayon qaytarılmalıdır"
ANS-in məluatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqladığı 6 prinsipə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, Ceyms Uorlikin bəyanatı həm Azərbaycan, həm Ermənistan tərəfini münaqişənin birdəfəlik dinc yolla həll edilməsinə hesablanıb.
“Dağlıq Qarabağla bağlı danışıqların 20 ilə qədər davam etməsi məyusedicidir. Ümid edirik ki, həm Azərbaycan, həm də Ermənistan tərəfdən müsbət addımların şahidi olacağıq", deyə səfir bildirib.
Xarıladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik mayın 7-də Vaşinqtonun Karnegi Fondunda çıxış edərək beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münasqişəsinin nizamlanması üzrə 6 prinsip açıqlamışdı.
1. Tərəflərin Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşaraq, onun yekun hüquqi statusunun müəyyən edilməsini gələcəyə saxlayırlar.
2. Bu müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət versin.
3. Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılır.
4. Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər olmalı, bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır.
6. Tənzimlənmə beynəlxalq sülhməramlı əməliyyat nəzərdə tutmalıdır, bunsuz sülhə zəmanət vermək mümkün deyil.