Həkim şoka düşdü: mədəsindən 40 bıçaq çıxarıldı (VİDEO)

Hindistanda bir şəxsin mədəsindən 40 ədəd bıçaq çıxarılıb.

BAKU.WS-in məlumatına görə, "CNN International"a danışan həkim Jatinder Malhora xəstədə metal yemək istəyi olduğunu ifadə edib:
"Çox gərgin idim, kiçik bir səhv xəstənin həyatına təhlükə yarada bilərdi. 20 illik peşə həyatımda belə bir şeyə ilk dəfədir ki, şahid oluram. Bizim üçün belə olduqca qorxunc idi", - deyə həkim əlavə edib. 
Punjab əyalətinin Amritsar şəhərində keçirilən əməliyyat tam 5 saat davam edib. Xəstənin mədəsindən çıxarılan 40 bıçaq görənləri şoka salıb. Adı açıqlanmayan 42 yaşındakı xəstə əməliyyatdan sonra açıqlama verib: "Ailəmi üzdüyüm üçün çox təəssüf edirəm. Həyatımı xilas edən həkimlərə ömrüm boyunca minnətdar olacağam. Niyə bıçaq yediyimi bilmirəm. Dadı xoşuma gəlirdi və vərdiş eləmişdim. Spirtdən və ya digər maddələrdən asılı olanların vəziyyəti ilə mənimki eyni idi".  






Fikirlər