Əflatun Amaşov:“ "AZADLIQ”ın problemini müzakirə etdik"

“Azadlıq” qəzetinin maliyyə problemilə bağlı sentybarın 6-da qəzet rəhbərliyi ilə söhbətimiz oldu”.

Bunu Turan-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, müzakirə əsasında belə qərara gəlinib ki, “Azadlıq” qəzeti hesabdan pul götürə bilmək üçün öz üzərinə düşən prosedurları yerinə yetirsin: “Əgər problem yaranarsa, bu zaman biz də kömək etməyə çalışarıq”.

Ə.Amaşov qəzetin çapının dayandırılmasına səbəb olan borc məsələsinin müzakirə predmeti olmadığını deyib.

Xatırladaq ki, bu il avqustun 20-də “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli həbs edilib. Bundan sonra qəzetin maliyyə məsələsində problem yaranıb.

Sentyabrın 6-da isə “Azərbaycan” nəşriyyatı qəzetin nəşriyyata olan  20 min manat borcuna görə qəzetin çapından imtina edib.






Fikirlər