Salatın Əsgərovanın OGLUNA vəzifə verildi

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Aznews.az saytına baş redaktor təyin olunub.

ANS telekanalında bir sıra verilişlərin aparıcısı, o cümlədən ANS ÇM radiosunun baş direktoru işləmiş Ceyhun Əsgərov kifayət qədər tanınmış jurnalistlərdəndir.

Xatırladırıq ki, onun anası Salatın Əsgərova "Azərbaycan gəncləri" qəzetinin müxbiri olub və Qarabağ müharibəsi illərində konfliktin işıqlandırılması istiqamətində böyük işlər görüb.

Salatın Əsgərova 1991-ci ilin 9 yanvar tarixində 3 hərbçinin müşaiyəti ilə Laçından Şuşaya gələrkən erməni terrorçularının hücumuna məruz qalmış və şəhid olmuşdu.

Ölümündən sonra Salatın Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. (ölkə.az)

 






Fikirlər