01.03.2014. - Metropoliten "28 May" stansiyasını təhvil verməyə hazırlaşır

01.03.2014. -  Metropoliten "28 May" stansiyasını təhvil verməyə hazırlaşır"28 May" metrostansiyasının platformasının və əsas girişinin yenidən qurulması işlərinin 2014-cü il martın sonlarında tamamlanması planlaşdırılır.
AzerTaym.az-ın əldə etdiyi məlumata görə bu barədə cümə günü Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

QSC-dən deyildiyi kimi, stansiyada yenidənqurma işlərinin Azərbaycanda Novruz bayramı (martın 20-21-də) günlərində başa çatdırılması planlaşdırılır.

Metropolitendən bildiriblər: "Stansiyada işlər artıq başa çatır və Bahar bayramına kimi hər şeyin istismara hazır olacağı gözlənilir".

Hazırda sərnişinlər yalnız əsas çıxışdan istifadə edə bilirlər. Əsas girişin açılışına kimi sərnişinlər stansiyanın Salatın Əsgərova küçəsi istiqamətində yerləşən giriş-çıxışından, həmçinin "Cəfər Cabbarlı" stansiyasının girişindən istifadə edəcəklər.

Həmçinin "28 May" stansiyası rayonunda yerləşən yeni texniki korpusun da tikintisi başa çatır. Yeni korpus paytaxt metropolitenində hərəkətin idarə olunmasını, təşkilini və tənzimlənməsini, eləcə də sərnişinlərin təhlükəsizliyini təmin edir: "Bu obyektdə işlər praktiki olaraq başa çatıb və yaxın vaxtlarda o, istismara veriləcək"
.






Fikirlər