“Bəy Mamed”in binaları söküləcək

Bayıl qəsəbəsində əvvəllər çirkli neft sularının yığıldığı bataqlığın üzərinə torpaq töküb qurudulması ilə inşa edilən hündürmərtəbəli binalar söküləcək.

 Vətəninfo.az xəbər verir ki, məlumata görə, ölkədə keçirilmiş 1-ci Avropa Oyunları öncəsi bu binalar milyonlarla vəsait xərclənərək yüksək arxitektura qaydalarına uyğun şəkildə üzlənilib. Əslən Şərur rayonundan olan, "Bəy Mamed” kimi tanınan iş adamının tikdirdiyi bu beşmərtəbəli binaların, demək olar ki, özülü bataqlıqlar üzərindədir. Binaların zaman keçdikcə çökdüyü qeyd edilir. Şəhərin ən gözəl sahəsində yerləşməsinə baxmayaraq, bu yaşayış kompleksində demək olar ki, mənzillər sahibsizdir. Bu kompleksdən mənzillər alanlar isə sonradan evlərini şirkətə qaytarıblar.

 

Son aldığımız məlumata görə, "Bəy Mamed”in milyonlar sərf edib inşa etdiyi bu yaşayış kompleksi tamamilə söküləcək.






Fikirlər