Rafiq Əliyev Moderator.az-ı TƏBRİK ETDİ: "Saytımız, nə tez qocaldın sən?”

“Şair, nə tez qocaldın, sən?” deyimi var. Sayt da canlı orqanizmdir, o da yaşayandı. İndi mən də deyirəm ki, ay saytımız, nə tez qocaldın sən? Moderator.az-a 4 yaş vermək olmaz. İstənilən canlı orqanizm üçün 40 yaş çiçəklənən, öz uğurlarına baxıb sevinən yaş dövrüdür. Sizə elə 40 yaş verərdim.
Moderator.az-ı ürəkdən təbrik edirəm”. 
Bunu dünya şöhrətli alim, planetdə qeyri-səlis məntiq  nəzəriyyəsinin tək-tük mütəxəssislərindən olan professor Rafiq Əliyev 4 yaşı tamam olan Moderator.az saytını təbrik edərkən deyib. 
Qeyd edək ki, Moderator.az xəbər portalının bu gün 4 yaşı tamam olur. İnformasiya və analitik yazılarla, özəl açıqlamalar və müsahibələrlə, irihəcmli maarifləndirici yazılar sayəsində sayt ölkənin ən oxunaqlı xəbər portalları sırasındadır. Elə Rafiq Əliyev də öz təbrikində bu faktı qabardıb və hər zaman kompüteri açarkən ilk olaraq Moderator.az-a daxil olduğunu deyib: 
“Moderator.az ən oxunaqlı saylardan biridir. Səbəbi odur ki, sayt tərəfsizdir. Hər zaman qızıl ortanı seçmək çox ağır məsələdir. Amma ən vacib məsələ odur ki, Moderator.az bu gün qızıl ortadadır. Bu prinsipsizlik deyil, bu tərəfsizlikdir. Tam prinsipial-düzü-düz, doğrunu –doğru göstərən bir saytdı. Kompüteri açan kimi həmişə öncə Moderator.az-a daxil oluram. Mətnlərin yazılma üslubu və müəlliflərin dili çox rəvandı. Hinformasiya səssiz-küysüz, peşəkarcasına yazılır. 
O ki qaldı,  nə qədər yaşamağa, sizə ən azı 100 il ömür arzu edirəm. Sonrasını Tanrı ilə özünüz həll edərsiniz . Çox geniş spektrə malik olan bir saytın kollektivinə böyük uğurlar arzulayıram”.

AzerTaym.az






Fikirlər