Nərimanov rayon gəncləri Adil Əliyevlə görüş keçirdi - FOTOLAR
Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyevlə görüşü keçirilib. AzerTaym.az xəbər verir ki10 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyevlə Nərimanov rayon gənclərinin görüşü keçirilib. Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Milli Məclisin deputatını və fəal gəncləri salamlamış, Adil Əliyevin həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir. Çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyev ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə, ölkədə kütləvi idmanın geniş vüsət almasından məlumat verərək Azərbaycanda yürüdülən uğurlu daxili və xarici siyasətdən danışıb. Adil Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə özlüyündə qətiyyət faktorudur, əlbəttə ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü dövlətə, eləcə də dünyada öz sözünü deyə bilən ölkəyə çevrilməsinə zəmin yaradıb. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. İstənilən ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Bütün bunlar - Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib. Bu məqsəd hər birimizin fəaliyyətinin özülünü təşkil edir. Qarşıda yeni planlarımız, yeni ideyalarımız var. Bütün bunların əsasında isə əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub. Möhtərəm Prezidentimiz bəyan edib ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini almalıdır.