“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun qarşısına qoyulan əsas məqsəd yaradılmaqda olan Xəzər Azad İqtisadi Zonanı tam olaraq nəzarətə götürmək və burda offşor zonası formalaşdırmaqdır.
Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatının – Fətulla Gülən şəbəkəsinin Azərbaycandakı əsas iqtisadi maraqları Xəzər Azad İqtisadi Zonası ətrafında formalaşmaqdadır. Bu barədə daxil olan növbəti məlumatda qeyd olunur. Daxil olan məlumatda bildirilir ki, Fətulla Gülən tərəfindən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun qarşısına qoyulan əsas məqsəd yaradılmaqda olan Xəzər Azad İqtisadi Zonanı tam olaraq nəzarətə götürmək və burda offşor zonası formalaşdırmaqdır. Bunun üçünsə Limanda Gülənçi şəbəkənin kadrlarından ibarət dəstə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında hörümçək toru kimi əhatə edib. Türkiyədə uzun illər boyu Gülənçi şəbəkənin bütün dövlət orqanlarına sızmasını misal gətirən mənbə bildirib ki, Beynəlxalq Dəniz Ticarət Limanında hazırda yaranmış vəziyyət Azərbaycanın gələcəyi üçün əsas təhlükə mənbələrindən biridir.
Sitat: “Əgər Limandakı Fətullahçı dəstə vaxtında zərərsizləşdirilməzsə, bir neçə ildən sonra bu şəbəkə Azərbaycanda ciddi iqtisadi rıçaqlara sahib olacaq və ölkədəki digər Gülənçi şəbəkələrdən aldğı dəstəklə siyasi gücə çevriləcək. Ona görə də bu dəstənin indi zərərsizləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, FETÖ Azərbaycanda bir sıra dayaqlarını itirdikdən sonra tam olaraq bütün gücünü Xəzər Azad İqtisadi Zonanı ələ keçirməyə yönləndirib. Çox təəssüf ki, bir müddət əvvəl FETÖ Azərbaycanda hələ çox güclü olduğu vaxt Fətulla Güləninin şəxsən tanıdığı və qabilliyyətini yüksək qiymətləndirdiyi Taleh Ziyadov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə baş direktor təyin olunub. Onun il yarımlıq fəaliyyəti nəticəsində isə Limanda bütün önəmli vəzifələrə Fətullahçı kadrlar gətirilib. Hazırda yenidən Limanda böyük ixtisarlara başlayan Taleh Ziyadov uzun illər boyu Limanda çalışan təcrübəli işçiləri işdən ataraq onların yerinə Gülən şəbəkəsinə aid olan və Liman işi ilə yaxından, uzaqlan əlaqəsi olmayan şəxsləri təyin edir”.
Xatırladaq ki, Taleh Ziyadov Fətullah Gülənin yaşadığı Pensilvaniyada təhsil alıb. O əsasən “Böyük İpək Yolu” layihəsi üzrə ixtisaslaşıb. Bəzi məlumatlara əsasən Pensilvaniyaya getməmişdən əvvəl Taleh Ziyadov Gülənçi şəbəkədə olub. Pensilvaniyada olarkən isə bir neçə dəfə Fətullah Güləni ziyarət edib. Hətta Fətullah Gülənin şəxsi rəğbətini qazanan şəxslərdən biri olduğu qeyd olunur. Bakıya qayıtdıqdan sonra isə Taleh Ziyadov “ADA” Universitetində (keçmiş Azərbaycan Diplomatik Akademiyası), çalışıb. “ADA” – da çalışırkən “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı tədqiqat layihəsinin aparıcı tədqiqatçısı olub. 2012-ci ildə müəllifi olduğu “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı kitabı çap olunub. Kitabda Çin Xalq Respublikası və Hindistandan Avropaya uzanan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, o cümlədən Avrasiya ticarət və nəqliyyat şəbəkələrinin strateji analizi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri və Azərbaycanın gələcəkdə “regional mərkəz”-ə çevrilməsi baxışı öz əksini tapıb. Bu kitabın nəşrindən sonra isə Taleh Ziyadovun ulduzu parlayıb və 2015-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
Bu təyinatla bağlı mənbə aşağıdakıları bildirib: “Taleh Ziyadov Fətullah Gülənin Azərbaycanlakı şəbəkəsində ən savadlı, ən müasir biliklərə sahib olan biridir. Onun intellektsəviyyəsi də çox yüksəkdir. Bu üzdən də Ziyadov Fətullah Gülənin şəxsi rəğbətini qazanmış biridir. Elə ona görə də Fətulla Gülənin xüsusi tapşırığına əsasən Taleh Ziyadov Azərbaycanın və regionun gələcəyində xüsusi əhəmiyyət daşıyan layihədə yer alıb. onun qarşısına qoyulan vəzifə isə geostrateji əhəmiyyətlidir. Fətullah Gülən və şəbəkəsinin əsas hədəflərindən biri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzarətə götürmək və bu layihələrdən pul qazanmaqla yanaşı siyasi dividendlərldə əldə etməkdir. Taleh Ziyadovun isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına rəhbər gətirilməsi isə birbaşa Xəzər Azad İqtisadi Zonanı tam olaraq nəzarətə götürməkdən ibarətdir.
Kərim və Yujen
Hal-hazırda Taleh Ziyadov və onun Gülənçi şəbəkəsinin əsas işi Xəzər Azad İqtisadi Zonanısında, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində offşor zonaları yaratmaqdır. Sizin dahaəvvəl yazdığınız Kərim adlı şəxsin Sinqapurdan Limana işləməyə dəvət etdiyi Yujen məhz bui şlə məşğul olur. Kərimə gəldikdə isə bu şəxs haqqında məlumat az olsa da, bizə məlumdur ki, Taleh Ziyadov kimi, o da, öz savadı və biliyi ilə Fətullah Gülənin rəğbətini qazanan biridir. Hazırda Kərim və Yujen bir çox beynəlxalq şirkətlərlə, ən əsası isə Türkmənistan, Qazaxıstan və Rusiya şirkətləri ilə danışıqlar aparılar. Danışıqlarda məqsəd offşor zonası yaratmaq üzərində gedir və bu danışıqlarda həmçinin əldə olunan rayzılıqdan biri də odur ki, Limana girən gəimlərdən rəsmi olaraq 50 faiz az rüsum alınır. Bir çox türkmən və qazax şirkətləri ilə artıq belə raylıq əldə olunub və rayzılığa əsasən limana girən gəim 12 000 dollar ödəməli olduğu halda yeni sazişə əsasən 6 000 dollar ödəyir. Yerdə qalan 6 000 min manatın 20 faizi şirkətə, 30 faizi isə Tale Ziyadova qalır. Talez Ziyadova qalan 30 faizin 15 faizi isə “himmət” parası” olaraq toplanılır. Bu işi görənlər isə Taleh Ziyadovun müşavirləri Xudayar və Şahin müəllimlər həyata keçirir.
Yəni faktiki olaraq Azərbaycan büdcəsinin limandan əldə edə biləcəyi gəlirlərin 50 faizi türkmən və qazax şirkətləri, Fətullah Gülən şəbəkəsi arasında paylaşdırılır. Əgər nəzərə alsaq ki, Limana hər il yüzlərlə gəmi daxil olur, o zaman Azərbaycan dövlət büdcəsinin itkiləri hesabına Fətullah Gülən şəbəkəsi milyonlar qazanır. Və çox acınacaqlı haldır ki, Fətullah Gülən şəbəkəsi bu gəlirləri məhz Azərbaycan büdcəsi hesabına əldə edir. Buni isbat etmək o qədər də çətin deyil. Məndə “güzəşt” əldə edən bəzi şirkətlərin siyahısı var və onları dərc edə bilərəm. Vergilər nazirlyi istədiyi anda bu qanunsuzluğu fşkara çıxara bilər. Təbii ki, vergi müfəttişləri Taleh Ziyadov tərəfindən ələ alınmazlarsa”.