Taleh Ziyadov prezidentin iqtisadi siyasətini sabotaj edir

bitmap-img6

Limanın xidmətlərindən istifadə edən şəxslərdən qanunsuz ödəniş tələb edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov faktiki olaraq xarici iş adamlarını Azərbaycandan qaçaq salmaqla ölkə prezidentinin iqtisadi layihələrini boykot edir

 

Ölkə prezidenti xarici və yerli iş adamlarına ölkəmizdə hər cür şəraitin yaradılması ilə bağlı göstərişlərinə baxmayaraq, Taleh Ziyadov məhz şəxsi mənfəətlərinə görə iş adamlarını incidir, onları ölkəmizdən kənar keçən yollardan istifadə etməyə zorlayır. Bunun müqabilində isə hər il dövlət büdcəsinə külli miqdarda ziyan dəyir.
Heç kimə sirr deyil ki, bütün dünyada yaşanan iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Neftin qiymətinin iki dəfədən çox aşağıdüşməsi Azərbaycan insanlarının da yaşam səviyəsinə təsirsiz ötüşmür. Bütün bunları nəzərə alan Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin qazancını artırmaq və ölkə əhalisinin yaşam səviyyəsini yüksəltmək üçün bir sıra strateji əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi üçün çalışmaqdadıdr. Prezidentin iqtisadi siyasətinin əsasını təşkil edən bu layihələrdən biri də Xəzər dənizində Azad İqtisadi Zonanın yaradılması layihəsidir. Qeyd edək ki, bu layihənin reallaşdırılması üçün artıq dövlət önəmlm sərmayə yatırımları edib. Bu sərməyələr əsasasən Xəzər dənizinin Azərbaycan sektorunda müasir tələblərə uyğun dəniz limanlarının tikilib istifadəyə verilməsinə sərf edir. 
Qeyd edək ki, Şərq və Qərbdən, Şimal və Cənubdan keçən yolların kəsişməsində yerləşən Azərbaycan özünün coğrafi imkanlarından səmərəli şəkildə istifadə etdiyi şəraitdə hər il dövlət büdcəsinə kifayət qədər gəlir saxlanıla bilər. Məhz bu səbəbdən ölkə prezidenti cənab İlham Əliyev Xəzər dənizində Azad İqtisadi Zonanın yaradılması layihəsinə çox böyük önəm verir və qeyd edək ki, Xəzər dənizində Azad İqtisadi Zonanın yaradılması ideyası da məhz Azərbaycan prezidentinə aiddir. Bu layihə realaşdırıldığı şəraitdə Sakit okean hövzələrindən, həmçinin Uzaq Şərqdən, Rusiyadan, yəni şərqdən və şimaldan gələn malların qərbə və cənuba daşınması Xəzər dənizindən keçməklə reallaşsın. Yəni faktiki olaraq Azərbaycan prezidenti bu layihə ilə Xəzər dənizini, həmçinin Azərbaycanı ticarətin mərkəzi halına gətirmək üçün çalışmaqdadır. Lakin çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi prezidentin bu təşəbbüsünü sabotaj etməklə məşğul olur. 
Bu barədə ANAXEBER.az-a daxil olan çox saylı şikayətlərdə bildirilir ki, QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə yüklərini İrana, Rusiyaya və Orta Asiyaya daşıyan və həmin ölkələrdən Azərbaycandan keçməklə yük daşıyan iş adamlarının əsas şikayət ünvanına çevrilib. Saytımıza ünvanlanan şikayətlərdə bildirilir ki, Taleh Ziyadovun xüsusi tapşırığına görə limanda iş adamları və sürücülər rəsmən soyunçuluqla üzləşirlər. Belə ki, yüklərin boşaldılması, yenidən yüklənməsi üçün Taleh Ziyadov iş adamlarından və sürücülərdən dövlət rüsumlarından artıq ödəniş istəyirlər. Həmçinin limanda dayanmaq üçün də liman rəisi əlavə “ödəniş” tələb edir. Həm də Taleh Ziyadovun şəxsi “ödənişi” rəsmi dövlət ödənişlərindən 6-7 dəfə çox olur. “Ödənişi” etməkdən imtina edənlər isə müxtəlif yollarla “ağıllandırılırlar”. Ya onların sənədlərində hansısa “səhvlər” aşkarlanır, ya da daşınan yüklərin arasında gömrük bəyanaməsində olmayan mallar “aşkarlanır”. Yəni qısası Taleh Ziyadov istədiyini almasa, biçarə iş adamlarının başına oyun açmaq üçün min cür səbəb tapa bilir. 
Qeyd edək ki, saytımıza daxil olan şikayətlərdə bildirilir ki, onlar məsələ ilə bağlı Prezident Admistrasiyasına, Nəqliyyat Nazirliyinə müraciət ediblər. Hətta bəzi iş adamları bunula bağlı Prezident Admistrasiyasının önəmli məmurlarından biri ilə görüşüldüyü və vəziyyəti anlatdıqları bildirilir. Buna baxmayraq, hələ ki, vəziyyətdə hansısa dəyişiklik gözə çarpmır. Əldə etdiyimiz məlumata görə Taleh Ziyadovla əlbir olan və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunu himayə edən iri çaplı məmurlardan biri problemin przident İlham Əliyevin diqqətinə çatdırılmasını əngəlləyə bilir. Bunun üçün həmi məmurun əlaqələrinin kifayət qədər geniş olduğu qeyd olunur. Bildirilir ki, Taleh Ziyadov həmin məmurun oğlu bir yerdə oxuyub və buna görə də özünü rahatca sığortalaya bilir. 
Əldə etdiyimiz məlumata əsasən isə son zamanlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidmətlərindən istifadə edəndərin sayı getdikcə azalır. Limanın xidmətindən imtina edənlərin böyük əksərimyyətinin isə xarici şirkətlər və xaricdən gələn yük sahibləri olduğu bildirilir. Bu isə təbii ki, Taleh Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanınında yaratdığı qeyri-sağlam mühitdən, yəni limanın xidmətlərindən istifadə edən şəxslərdən qanunsuz ödəniş tələb etməsi ilə bağlıdır.
Qeyd edək ki, Taleh Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanınında yaratdığı bu qeyri-sağlam mühit ölkə prezidentinin iqtisadi siyasətinin sabotaj olunması kimi qiymətləndirilməlidir. Çünki öz cibini doldurmaq məqsədi ilə iş adamlarından əlavə ödəniş tələb edən liman rəisi faktiki olaraq prezidentin iqtisadi layihələrinin reallaşmasını əngəlləyir. Ölkə prezidenti xarici və yerli iş adamlarına ölkəmizdə hər cür şəraitin yaradılması ilə bağlı göstərişlərinə baxmayaraq, Taleh Ziyadov məhz şəxsi mənfəətlərinə görə iş adamlarını incidir, onları ölkəmizdən kənar keçən yollardan istifadə etməyə zorlayır. Bunun müqabilində isə hər il dövlət büdcəsinə külli miqdarda ziyan dəyir. Yəni öz cibini dolurmaq naminə Taleh Ziyadov faktiki olaraq dövlət büdcəsinin gəlir götürməsinə mane olur. Bundan başqa ölkəmiz haqqında mənfi imicin yaranmasına səbəb olur. Heç kimə sirr deyil ki, bir çox xarici iş adamları məhz korrupsiya və rüşvət amilinə görə Azərbaycanla çalışmaq istəmir. Nəticədə Azərbaycan iqtisadiyyatına yatırılıa biləcək xarici sərmayənin böyük qismi ölkəmizdən kənar qalır. Bu isə birbaşa prezidentin iqtisadi layihələrinin bəzi məmurlar tərəfindən boykot edilməsi nəticəsində baş verir ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov bui şlə məşğul olur. Və nə yazıq ki, iqtisadi böhranın bütün dünyada genişləndiyi indiki şəraitdə Taleh Ziyadov kimi məmurlar durdurulmur. Əksinə bəzi iri çaplı məmurlar tərəfindən himayə olunur. Yəni faktiki olaraq həmin iri çaplı məmurda dolayısı ilə prezidenitin iqtisadi layihələrini sabotaj etmək üçün Taleh Ziyadova dəstək verir.
Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyinin, xüsusən də baş direktor Taleh Ziyadovun və baş direktorun müşaviri İlham Mehrəliyevin Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə suçlanan FETÖ terror təşkilatının Azərbaycan şəbəkəsinin önəmli simaları olmaları barədə məlumatlara Azərbaycan mətbuatında son zamanlar davamlı olaraq rast gəlinir. FETÖ terror təşkilatının rəhbəri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin Azərbaycanda da dövlət çevrilişi etmək niyyətində olması barədə Türkiyənin Baş naziri Bineli Yıldırım daha əvvəl bəyanat səsləndirmişdi.
Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 






Fikirlər