Usubov sabiq icra başçısını təqaüdə göndərdi

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb.

AzerTym.az Milli.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılmasının pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Ə.Əliyev 2004-2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.






Fikirlər